Masallıda fermada köməksiz qalan şəxsin xilas edildiyi an - VİDEO

20 Mrt 2022 15:51
89

Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar kəndində ferma ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Ambur.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Oxşar xəbərlər