Masallıda gənclər üçün ekskursiyalar təşkil edilib

19 Fev 2022 14:24
248

Fevralın 18-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiyalar təşkil edilib.

Ambur.az xəbər verir ki, keçirilən ekskursiyalarda Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) nümayəndəliklərinin gənc əməkdaşları, eləcə də könüllülər iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva adıçəkilən dövlət təşkilatlarının ekskursiyada iştirak edən gənclərdən ibarət hər iki qrupuna bölgənin tarixi və etnoqrafiyası barədə ətraflı məlumatlar verib. Ə. Tağıyeva həmçinin qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılmasına və intellektual inkişafına dəstək olmaqla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili və istedadlı gənclərin aşkara çıxarılmasında vasitə rolunu oynayır.

Günün növbəti ekskursiyası Masallı Dövlət Rəsm Qalereyasında aparılıb. Müəssisənin direktoru vəzifəsini icra edən T. Məcidov nümayiş etdirilən tablolarla gəncləri tanış edərək incəsənətin maraqlı saələrindən olan rəssamlıqla bağlı gənclərlə müzakirələr aparıb. T. Məcidov deyib: "Dövlət gəncliyin tərbiyəsi, onların vətənpərvər, milli şüura bağlı yetişməsinə böyük maraq göstərir. Biz də çalışmalıyıq ki, asudə vaxtın səmərəli təşkili çərçivəsində gördüyümüz işlər gənclərin Vətənə bağlılığı və milli şüurunun daha da inkişafına yönəlsin". T. Məcidov sonda gənclərə dövlət tərəfindən onlara yaradılan şərait və göstərilən qayğıdan düzgün faydalanmalarını tövsiyə edib.

Oxşar xəbərlər