Masallıda icra başçısı vətəndaşların növbəti qəbulunu keçirib

25 İyn 2022 15:55
74

24 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Ambur.az xəbər verir ki, qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Növbəti qəbulda 60 nəfərə yaxın vətəndaş —Kərimzadə Feyruz Sərraf oğlu, Məmmədov Ruslan Rövşən oğlu, Rəhimov Tariyel İsa oğlu, İsgəndərov Elman Ələsgər oğlu, Qəzənfərli Talıb Cəmil oğlu, Nəsirov Seymur Ağayar oğlu, Dadaşov Ramiz Güləhməd oğlu, Rəhmətov Məsləhət Höccət oğlu, Tahirova Ofelya Zakir qızı, Şiriyev Nizam Murtuza oğlu, Hüseynov Surac Səyyad oğlu, Mehtiyev Mehti Hacı oğlu, Hüseynova Kəmalə Məhəmməd qızı, İsayev Alim Mirzağa oğlu, Eminov Rüfət Əvəz oğlu, Gülverdiyev Azad Mahmud oğlu, Mirzəyev Cəsarət Höccət oğlu, Xamiyev Mirtahir Atakişi oğlu, Əliyev Novruz İltifat oğlu, Nəsirova Gülşən Musabala qızı, Bağırov Əshab Şəkur oğlu, Ağayev Sadiq Əlibala oğlu, Əliyeva Mətanət Zahir qızı, Tağıyev Nadir Sərxoş oğlu, Səlimova Natavan Firudin qızı, Şiriyeva Səbinə Nəcəfəli qızı, Salayeva Mədinə İman qızı, Şahmirzəyeva Dilruba Sabir qızı və başqaları iştirak etmiş, evinə gələn işıq xəttinin dəyişdirilməsi, işsizlik, maddi köməklik və işlə təmin olunması, ticarət obyekti ilə bağlı sənədinin təsdiqi, sosial yardım təyin olunması, çay plantasiyası salmaq üçün həmin əraziyə elektrik xəttinin çəkilməsi, həyətyanı, payıbəlli torpaq sahəsinin verilməsi və fermer təsərrüfatı, tikinti salmaq üçün kömək göstərilməsi, övladının nikah yaşı, abonentin ev ünvanına daxil olan qaz isifadəsi pulunun sayğacdan artıq göstərilməsi, yaşadığı evə internet xəttinin çəkilməsi, həyətyanı torpaq sahəsinin başqa şəxsə verilməsi, SİP kabelləşmə-işıq xəttinin çəkilməsi, kənddə həkim məntəqəsinin tikilməsi, anasının işlə təmin olunması, sosial yardım almasından ötrü səbəbsiz imtina verilməsi, pensiya təyinatı, Masallı şəhərində, qəsəbə və kəndlərdə internetin zəif olması və s. məsələlər barəsində müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.

Masallıda icra başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Masallıda icra başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Masallıda icra başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Masallıda icra başçısı vətəndaşların növbəti qəbulunu keçirib

Oxşar xəbərlər