Masallıda “İnformasiya texnologiyalarının həyatımızda rolu” mövzusunda təlim keçirilib

03 Avq 2022 14:12
484

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “İnformasiya texnologiyalarının həyatımızda rolu” mövzusunda təlim keçirilib.

Ambur.az xəbər verir ki, “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təşkil edilən təlim İnformasiya texnologiyaları üzrə təlimçi, GİKM-nin Astara nümayəndəliyinin əməkdaşı Emil Məmmədzadə tərəfindən təqdim olunub.

Təlimlər zamanı “İnformasiya texnologiyalarının həyatımızda rolu”, “Təhsil və iş həyatında texnoloji resurslardan istifadə”, “Bulud yaddaş xidmətlərinin faydaları”, “Müasir texnologiya avadanlıqlarından səmərəli istifadə”, “VR texnologiyalarının tətbiqi və istifadəsi” kimi mövzulardan bəhs edilib.

İnteraktiv keçən təlimdə müxtəlif enercayzerlər icra olunub.

Məlumat üçün bildirək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, GİKM və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.

Oxşar xəbərlər