Masallıda latın qrafikasına keçidin 18 illiyi ilə əlaqədar tədbir keçirilib - Foto

12 Yan 2022 17:29
380

Yanvarın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin dərc olunmasını nəzərdə tutan Sərəncamın icrasından ötən 18 illik dövr ərzində müvafiq istiqamət üzrə görülmüş işlərlə əlaqədar tədbir keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə çıxış edən kitabxana əməkdaşı Arif İbrahimov bildirib ki, müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməyə başlanılması böyük tarixi əhəmiyyət kəsb edir. Sovet dövründə, həmçinin ölkəmizin müstəqilliyinin ilk illərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin kiril əlifbası ilə çap olunmuş qiymətli nümünələrinin latın qrafikası ilə yenidən nəşr olunması ədəbiyyatın inkişafına təkan verən mühüm addım oldu.


Sonra kitabxana əməkdaşı Nahidə Fərəcova çıxış edərək bildirib ki, 2004-cü il 12 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı Sərəncam əsasında görülən tədbirlər milli varlığın rəmzi sayılan ana dilinə dövlət qayğısını artırdı, bu isə ədəbiyyat, mədəniyyət və elmin yüksəlişinə səbəb oldu.

Oxşar xəbərlər