Masallıda Mədəniyyət işçiləri “Təşəkkürnamə“ ilə təltif olunub

01 Dek 2021 10:27
143

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə çalışan bir qrup mədəniyyət işçiləri İdarənin "Təşəkkürnamə"si ilə təltif olunub. 

Ambur.az-ın məlumatına görə, 8 Noyabr - Azərbaycanda Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirak və təşkilatçılığa görə verilmiş adıçəkilən fəxri mükafatlar 30 noyabr tarixində sahiblərinə təqdim edilib. 

İdarə rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərini təbrik edib və onlara gələcək işlərində uğur arzulayıb. Rəis İdarənin son zamanlardakı fəaliyyəti və reallaşdırılan yeni mədəni-yaradıcı layihələrdən danışıb. O, təltif olunan işçilərin sonrakı fəaliyyətlərdə də aktiv iştirak edərək yeni təşəbbüslərlə mədəniyyətə töhfələr bəxş edəcəklərinə əminliyini ifadə edib. Mədəniyyət işçiləri isə diqqətə və yaradıcı əməyə verilən dəyərə görə İdarə rəisinə minnətdarlıq ediblər.

Sonra fəxri mükafatlar öz sahiblərinə verilib. Yekunda xatirə fotoları çəkdirilib.

Oxşar xəbərlər