Masallıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

21 Sen 2021 05:53
184

Masallıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ambur.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə Çaxırlı kəndində qeydə alınıb.

"VAZ- 2106" markalı avtomobillə "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri - Çaxırlı kənd sakini, 1978-ci il təvəllüdlü Azər Sahib oğlu Mehdiyev və Qəfər Fariz oğlu Əhmədli xəsarət alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisəyə yük avtomobilinin sərt dönüş etməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər