Masallıda “Ordu xalqın dayağıdır“ mövzusunda tədbir keçirilib- Fotolar

24 İyn 2022 09:08
113

İyunun 23-də Masallı rayon Mərkəzi Kitabxanasında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş "Ordu xalqın dayağıdır" mövzusunda tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirdə ilk çıxış edən Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni Azərbaycan Ordusunun yaradılma tarixi haqqında məlumat verib. Vurğulayıb ki, son illərdə ilk dəfə Azərbaycan Ordusunun yaradıldığı tarixi qalib ölkənin vətəndaşları kimi qeyd edəcəyik. Cəmi 23 ay yaşamış Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.

Kitabxananın digər əməkdaşı Arzu Hüseynova mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib. O, diqqətə çatdırıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, nizami ordu yaradıldı. Müvafiq sahədə dövlət siyasətinin nəticəsi olaraq, son illərdə ölkə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb və döyüş qabiliyyəti artıb.

Tədbirdə Gülər Piriyeva və Rasif Dadaşovun çıxışları dinlənilib. Çıxışlarda mənfur qonşumuz Ermənistanın yeni işğalçılıq planına əl atdığı və layiqli cavabını aldığı qeyd olunub. Bildirilib ki, Vətən, torpaq, Qarabağ sevgisinin qarşısında heç bir qüvvə tab gətirə bilmədi. Şanlı ordumuz durmadan irəliləyərək xalqımıza hər gün qələbə xəbərli, sevinc dolu günlər yaşatdı. Qüdrətli Azərbaycan Ordusu sayəsində 2020-ci il 10 noyabr günü xalqımızın yaddaşına, hərb tariximizə qızıl hərflərlə yazıldı.

Tədbirin sonunda Nahidə Fərəcova torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin haqqında məlumat verib.

Masallıda “Ordu xalqın dayağıdır“ mövzusunda tədbir keçirilib- Fotolar
Masallıda “Ordu xalqın dayağıdır“ mövzusunda tədbir keçirilib- Fotolar
Masallıda “Ordu xalqın dayağıdır“ mövzusunda tədbir keçirilib- Fotolar

Oxşar xəbərlər