Masallıda qaydaları pozan 35 sürücü cərimələnib - Foto

22 Fev 2022 21:37
138

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Ambur.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ictimai nəqliyyatda sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Həmçinin reyd zamanı atmosferə buraxdığı zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edənlər və digər qayda pozuntularına yol verənlər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. Həm sürücülərə həm də sərnişinlərə izah olunub ki, görülən bütün bu nəzarət profilaktiki tədbirlər yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin edilməsi və onların sağlamlığının qorunmasından ötrüdür.

Masallıda qaydaları pozan 35 sürücü cərimələnib - Foto
Masallıda qaydaları pozan 35 sürücü cərimələnib - Foto
Masallıda qaydaları pozan 35 sürücü cərimələnib - Foto

Oxşar xəbərlər