Masallıda “QƏHRƏMANLAR PARKI“nda təmir işləri davam edir- Foto + Video

30 Avq 2021 08:29
490

Masallı şəhərinin mərkəzi hissəsində YAP Masallı Rayon Təşkilatının binası ilə üzbəüz ərazidə yerləşən “Qəhrəmanlar parkı”-nda təmir işləri davam edir.

Ambur.az Asiya TV-yə istinadən xəbər verir ki, qəhrəmanlıq simvolu olan kompozisiya qurulan parkda qara mərmər üzərində Masallı rayonundan olan şəhidlər haqqında qısa məlumat verilir.

Bu kompozisiyanın sol tərəfində Milli Qəhrəman adı qazanmış üç, sağ tərəfində Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş iki Masallı qəhrəmanının büstü qoyulacaq.

Parkın sol və sağ tərəflərində isə 1-ci və 2-ci Qarabağ Müharibəsində şəhid olmuş 242 Masallı şəhidinin mərmər lövhələrə həkk olunmuş şəkilləri vurulacaq.

Təmir işlərinin cari ilin noyabr ayına kimi tam yekunlaşdırılması nəzərdə tutulur. 10 noyabr - Zəfər Günündə parkın təntənəli açılışı gözlənilir.
 

<span>Masallıda “QƏHRƏMANLAR PARKI“nda təmir işləri davam edir-</span><span xss=removed> Foto + Video</span>
<span>Masallıda “QƏHRƏMANLAR PARKI“nda təmir işləri davam edir-</span><span xss=removed> Foto + Video</span>

Oxşar xəbərlər