Masallıda “Rəsm” müsabiqəsi keçirilib

24 Apr 2022 09:35
107

Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda “Rəsm” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ambur.az xəbər verir ki, 21 aprel 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda “Rəsm” müsabiqəsinin qalibləri mükafatlandırılıb .

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

Rəsm müsabiqəsində Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsil alan 20 şagird iştirak edib. Sonda müsabiqə iştirakçılarının çəkdikləri rəsm əsərləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə görə Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin şagirdi Rəhimə Həsənova birinci yerə, Yeyənkənd kənd Ə.İsmayılov adına tam orta məktəbin şagirdi Heydər Məmmədov ikinci yerə, Mahmudavar kənd tam orta məktəbin şagirdi Cahan Səfərova üçüncü yerə layiq görülmüşlər, Mollaoba kənd B.Şireyev adına tam orta məktəbin şagirdi Rəhimə Abbasova fərqləndiyinə görə təltif olunmuşdir.

Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.

Oxşar xəbərlər