Masallıda şəhid Əlizadə Familin doğum günü keçirilib

03 May 2022 10:43
235

Masallı rayonunda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Əlizadə Famil Habil oğlunun doğum günü münasibəti ilə şəhidin ailəsi və məzarı ziyarət olunub.

Ambur.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev , YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüb,  ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Famil Habil oğlu Əlizadə 03 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Famil müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılır, Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edir. O, az sayda şəxsi heyət ilə birgə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunun və anbarının alınmasında xüsusi ilə fərqlənərək, öz qanı ilə adını tarixə yazır. Bir aya yaxın düşmənlə vuruşan və düşmənə sinə gərən Famil göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazır. Oktyabr ayının 21-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boy-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilir və böyük izdihamla torpağa tapşırılır.

Prezident İlham Əliyev imzaladığı Sərəncama əsasən, Famil Habil oğlu Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin! 

<span>Masallıda şəhid Əlizadə Familin doğum günü keçirilib</span><span xss=removed> </span>
<span>Masallıda şəhid Əlizadə Familin doğum günü keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər