Masallıda şəhid Rəfail Hüseynovun xatirəsi anılıb

01 Dek 2021 06:14
667

Noyabrın 30-da Vətən müharibəsində göstərdiyi hərbi rəşadət nümunəsi ilə xatirələrdə özünə əbədi yer etmiş şəhid Rəfail Hüseynovun anım mərasimi keçirilib. 

Ambur.az-ın məlumatına görə, şəhidin doğulduğu Qarğalıq kəndində təşkil edilən mərasimdə rayon rəsmiləri, ziyalılar, şəhid ailəsi üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov da mərasimdə olub.

Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin həyat yolu və döyüşlərdəki qəhrəmanlığından söz açıb, valideynlərə hörmət və ehtiramını bildirib. 

Mərasimdə Masallı Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə şəhid Rəfail Hüseynova ithaf olunmuş "Şuşa Fatehi" adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Teatrın rejissoru Cəmaləddin Əliyevin rəhbərlik etdiyi səhnə heyətinin ifasında şəhidlik zirvəsini tərənnüm edən həzin şeirlər səsləndirilib, monoloqlarda vətən oğlunun igidliyindən bəhs olunub.

Oxşar xəbərlər