Masallıda sünnət aksiyası keçirilib - Fotolar

24 Apr 2022 09:30
129

22 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində sünnət aksiyası keçirilib.

Ambur.az xəbər verir ki, xeyirxah tədbir səhər saatlarından başlayaraq rayonun bütün ərazilərini əhatə edib.

Aksiya çərçivəsində aztəminatlı ailələrin 3 yaşından yuxarı 31 uşağı sünnət olunub.
Uşaqlar əvvəlcə qeydiyyatdan keçərək laboratoriyada qan analizi müayinəsinə cəlb ediliblər.

Aksiya iştirakçıları xeyirxah aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər