Masallıda “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri olub

19 Yan 2022 11:49
154

Yanvarın 18-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı ilə birgə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə YAP Masallı rayon təşkilatının nümayəndələri, Masallı Rayon Gənclər və İdman İdarəsi, Muzey və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

İlk öncə, Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını azadlığımız və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükütla yad etməyə dəvət edib. Ə. Tağıyeva xalqımızın qanı bahasına tariximizə yazılan Ümumxalq Hüzn Gününün hər bir ölkə vətəndaşı üçün hüznlə yanaşı, həm də qürur mənbəyi olduğunu söyləyib.

Sonra YAP Masallı rayon təşkilatının baş məsləhətçisi Eldar Kazımov 20 Yanvar faciəsinə siyasi-hüququ qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirib. Əlavə edib ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətə açıq etrazını bildirən və faciənin təqsirkarlarının cəzalandırması tələbini ilk irəli sürən məhz ümummilli lider olub.

Daha sonra Muzeyin elmi işçisi Dilgüşə Məmmədovaya söz verilib. O, məruzəsində 20 Yanvar hadisələri zamanı öz haqq səsini ucaldan dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyini bildirib. Qeyd edilib ki, törədilmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlib, bu zaman ümumbəşəri dəyərlər və humanizm prinsipləri gözardı edilib.

Sonra söz alan Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov çıxışında 20 Yanvar faciəsi və torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirələri daim qəlblərdə əbədi yaşayacağını deyib.

Sonda tədbir iştirakçıları Qalereyada 20 Yanvar faciəsinə həsr olunmuş istedadlı yeniyetmələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Masallıda “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri olub
Masallıda “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri olub
Masallıda “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri olub
Masallıda “Tariximizin şanlı salnaməsi” mövzusunda anım tədbiri olub

Oxşar xəbərlər