Masallıda təhsil işçilərinin sentyabr konfransı keçirilib - Fotolar

18 Sen 2021 09:37
240

Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Ambur.az Asiya.az-a istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnstitutun əməkdaşı Ülkər Babayeva, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon üzrə əldə edilən nailiyyətlər, buraxılış imtahanlarında göstərilən nəticələrə və nöqsanlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunulub. Sonda Rüfət Əzizov təhsil işçilərinə uğurlar arzulayıb.

Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq kənd Məhəmməd Qarayev adına tam orta məktəbin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib.
Konfransda Təhsil İnstitutunun əməkdaşı Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Oxşar xəbərlər