Masallıda “Torpağın naləsi” tamaşası nümayiş olunub – Foto + Video

15 Sen 2021 11:29
77

Masallı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrı şəhidlərimizə həsr olunan növbəti tamaşanı təqdim edib.

Ambur.az Asiya TV-yə istinadən xəbər verir ki, “Torpağın naləsi” adlı ədəbi-bədii kompozisyada aktyorlarla yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi də iştirak edib.
Jurnalist-publisist Əlihüseyn Şükürovun müəllifliyi ilə bir pərdəli, üç şəkilli həmin tamaşa Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi feyzbuk səhifəsində canlı nümayiş etdirilib.

Səhnə əsəri Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrdən, cəbhə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasından, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyindən, Masallıdan olan şəhid döyüşçülərin həyatından bəhs edir.

Sözü gedən tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyev və musiqi tərtibatçısı Ruslan Zahidovdur.
 

Oxşar xəbərlər