Masallıda uzunmüddətli əmək fəaliyyətinə görə mədəniyyət işçilərinə fəxri mükafatlar təqdim edilib

04 Dek 2021 15:29
68

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə mədəniyyət işçilərini İdarənin "Təşəkkürnamə"si ilə təltif edib. 

Ambur.az bildirir ki, dekabrın 3-də fəxri mükafatların təqdimetmə mərasimi olub. Tədbirdə çıxış edən İdarə rəisi mükafatla təltif olunan mədəniyyət işçiləri Əmiralı Yaqubov və Səxavət Hüseynovu təbrik edib, mədəniyyət sahəsindəki çoxillik səmərəli əmək fəaliyyəti və xidmətlərinə görə rəhbərlik etdiyi kollektiv adından onlara minnətdarlıq edib. Mədəniyyət işçiləri isə təqdim edilən mükafatları əməklərinə verilən yüksək qiymət kimi dəyərləndirərək İdarə rəisinə təşəkkür ediblər.

Qeyd edək ki, Əmralı Yaqubov Masallı rayon Mədəniyyət Mərkəzinin Xırmandalı kənd Mədəniyyət Evində bədii rəhbər, Səxavət Hüseynov isə Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi vəzifəsində çalışır.

Oxşar xəbərlər