Masallıda Vərəm Dispanserinin baş həkimi damarlarını kəsərək intihara cəhd edib

27 Sen 2022 16:02
277

Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin damarlarını kəsərək intihara cəhd etməsi barədə məlumatlar yayılıb.

Ambur.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatlarda M.Nəbiyevin sələmçilər tərəfindən şantaj edildiyi, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbəbdən həyatına qəsd etdiyi bildirilib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 
“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”.

<span>Masallıda Vərəm Dispanserinin baş həkimi damarlarını kəsərək intihara cəhd edib</span><span xss=removed> </span>

Oxşar xəbərlər