Masallıda Vətən müharibəsi şəhidinin doğum günü ilə əlaqədar xatirəsi anılıb - Fotolar

25 İyn 2022 16:05
77

24 iyun 2022-ci il tarixdə Masallıda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Hüseynov Zaur Vaqif oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.

Ambur.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Nurlan Muradov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının ərazi partiya təşkilat sədrləri və fəalları Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsi Şəhidi Hüseynov Zaur Vaqif oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. 

Qeyd edək ki, Zaur Vaqif oğlu Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışkədərə kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Zaur Vaqif oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər