Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib

20 Fev 2022 03:27
491

18-19 fevral 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılıgı ilə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin idman zalında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Ambur.az xəbər verir ki, 10 komandanın iştrakı ilə təşkil olunmuş rayon birinciliyinin keçirilməsində məqsədin 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda voleybol idman növünün olan marağı artırmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub.

Yarışın yekun nəticəsinə əsasən Masallı rayon Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası birinci yerə, Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası ikinci yerə, Xırmandalı kənd X.Məmmədov  adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Rayon birinciliyində qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən diplomlarla mükaftalandırılıb.

Oxşar xəbərlər