Masallıda yol nəqliyyat hadisəsi baş verib - Foto + Video

06 Sen 2021 15:51
169

Masallı rayonu Ərkivan qəsəbəsində yol qəzası baş verib.

Ambur.az Asiya TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Masallı - Ərkivan yolunda qeydə alınıb.

Belə ki, Masallı şəhərindən Ərkivan qəsəbə istiqamətində hərəkət edən “VAZ 21014” markalı, 44BO142 Dövlət nömrə nişanlı avtomobil həmin istiqamətdə hərəkətdə olan “Mersedes” markalı 99GB144 Dövlət nömrə nişanlı avtomobili arxadan vurub.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.

<span>Masallıda yol nəqliyyat hadisəsi baş verib -</span><span xss=removed> Foto + Video</span>

Oxşar xəbərlər