Masallıda “Zəhər tuluğu” bədii filmi nümayiş olunub - Fotolar

05 Mrt 2022 12:08
132

Martın 4-də N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində sevilən aktyor və rejissor Taleh Yüzbəyov və prodüser Orxan Mərdanın “Zəhər tuluğu” kinokomediyası yerli film həvəskarları üçün nümayiş olunub. 

Ambur.az xəbər verir ki, “Hər kəs üçün kino” layihəsi çərçivəsində reallaşan təqdimatda filmin müəlliflərindən və baş rolun ifaçısı Taleh Yüzbəyov da iştirak edib.

Nümayişdən əvvəl, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaq incəsənət ustasını salamlayıb və “Zəhər tuluğu”nun yerli tamaşaçılar üçün nümayişinə göstərdikləri dəstəyə görə filmin yaradıcılarına minnətdarlığını bildirib. T. Yüzbəyov isə öz növbəsində, filmin Masallıda təqdim olunması üçün yaradılan şərait və səmimi münasibətə görə İdarənin rəhbərliyi və kollektivinə təşəkkür edib.  
Sonra “Zəhər tuluğu” filmi nümayiş etdirilib.

Qeyd edək ki, respublikanın Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər və başqalarının da rol aldıqları bədii ekran işinin süjeti filmin qəhrəmanı Adilin (T. Yüzbəyov) qarşılaşdığı komik-dramatik həyat hadisələri üzərində qurulub.

Gün ərzində iki seansla tamaşaçılara təqdim edilən film maraqla izlənilib.

Oxşar xəbərlər