Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar

26 Sen 2021 09:15
204

Masallı rayonundan bir qrup məsul şəxs Bərdə rayonuna səfər etmişlər.

Ambur.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin rəsmi "Facebok" səhifəsində paylaşılıb.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirməklə mülki əhalimizi amansızcasına qətlə yetiriblər.

Masallı rayon İcra hakimiyyəti baçısının müavini Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov, YAP Masallı rayon təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayeva, Bədəlan kənd tam orta məktəbin direktoru Arif Mehtiyev və Masallı RİH yanında İctimai Şuranın üzvü, jurnalist Mərhəmət Lələyev Bərdə rayonunda Erməni təxribatları nəticəsində Şəhid olmuş mülki şəxslərin ailələrini və 2-ci Qarabağ müharibəsinin Şəhidi DSX-nin Xüsusi Təyinatlı Dəstəsinin kiçik giziri Xudayar Yusifzadənin ailəsini, ev muzeyini və Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmişlər.

Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar
Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar
Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar
Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar
Masallıdan Bərdəyə anım ziyarəti - Fotolar

Oxşar xəbərlər