Masallıdan olan daha bir güləşçimiz Avropa çempionu oldu - Fotolar

17 İyn 2022 17:40
127

Masallıdan olan güləşçimiz Qasımzadə Məhəmməd Avropa çempionu olub.

Ambur.az xəbər verir ki, bu il Ruminyada keçirilən Avropa Çempionatında yunan-roma güləşi üzrə 60 kq çəki dərəcəsində qızıl medal qazanmışdır. İlk rəqibi erməni idmançısı olub və 8.7 hesabı ilə rəqibinə qalib gəlib. İkinci rəqibi isə moldovalı olub və ona da 9.0 hesabı ilə məğlub edib. Yarımfinalda isə rəqibi finlandiyalı olub və 9.0 hesabı ilə ona da qalib gələrək finala yüksəlib. Finalda gürcü idmançısı ilə üz üzə gələn Məhəmməd onu da 9:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Qeyd edək ki, əslən Masallı rayonunun Qızılavar kəndindən olan Qasımzadə Məhəmməd Mubariz oğlu 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri Binə qəsəbəsi 136 saylı tam orta məktəbin 10-cu sinifində təhsil alır.

2013-cü ci ildən yunan-roma güləşi idman növü ilə məşqul olmağa başlayıb. 2018-ci ildə Gürcüstan Respublikasında keçirilən beynəlxalq turnirdə turnirin qalibi olmuşdur. 2019-cu ildə Rusia Federasiyasında keçirilən turnirdə II yerə, 2021-ci ildə isə Türkiyədə keçirilən yarışda da II yerə layiq görülüb. 2019- 2022-ci illərdə Respublika çempionu olub.

Oxşar xəbərlər