Masallıdan olan idmançı Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb

02 Sen 2021 11:07
262

"18 yaşımda ilk dəfə Paralimpiya Oyunlarında iştirak etdim və çox şükür ki, qızıl medal qazandım. Həmçinin Paralimpiada rekordunu da qırdım. Məqsədim dünya rekordunu qırmaq idi. O isə növbəti Paralimpiya Oyunlarına qaldı. Ümumilikdə ideal nəticə göstərmişəm”.

Ambur.az xəbər verir ki, bu fikirləri Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Vəli İsrafilov deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı fikirlərini belə bildirib: "Bu medalımı vətənimə həsr edirəm. Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün, həmçinin məşqçilərimə və valideynlərimə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Masallı rayonunun Köhnə Alvadı kəndindən olan Vəli İsrafilov Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb. Onun Müstəqillik günü – oktyabrın 18-də 19 yaşı tamam olacaq.

Oxşar xəbərlər