Masallının Hişkədərə kəndi ərazisində səyyar-görüş qəbulu keçirib - Fotolar

13 May 2022 10:04
63

11 may 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Hişkədərə kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Ambur.az xəbər verir ki, səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Lələyev Rafayıl Ahil oğlu, Məmmədov Həsənağa Museyib oğlu, Hüseynov Şikayət Abdin oğu, İmanova Afət Abbas qızı, Əliyev Şıxəli Məhərrəm oğlu və başqaları çıxış edərək pensiya təyinatı, Mişkəmi kəndində yeni qəbirsanlığına gedən yolun açılması, körpələr evi-uşaq bağçasının əsaslı təmiri, məktəbin əsaslı təmir olunması, elektrik və rabitə dirəklərinin yararsız olması və s. məsələlər barədə müraciət etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Oxşar xəbərlər