Masallının meyvə bağlarından 938 tondan çox məhsul yığılıb

11 Sen 2021 22:05
120

Masallının meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 938,7 tondan çox məhsul yığılıb.

Ambur.az xəbər verir ki, bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yığılmış məhsulun 112 tonunu alma, 122,2 tonunu armud, 6,4 tonunu ərik, 36,5 tonunu limon, 233,3 tonunu alça, 13,8 tonunu gilas, 243,5 tonunu gavalı, 11,5 tonunu şaftalı, 21 tonunu heyva, 138,5 tonunu digər meyvələr təşkil edir.

Bağbanlar, həmçinin sahələrdən 1440 ton giləmeyvə toplayıblar.

Rayonda meyvə yığımı ilin sonunadək davam edəcək.
 

Oxşar xəbərlər