Masallının yeni icra başçısı rayonun Banbaşı və Yeyənkənd kəndində sakinlərlə görüş keçirib - Fotolar

15 Avq 2022 09:55
178

13 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Banbaşı və Yeyənkənd kəndlərinin sakinləri ilə görüş keçirib.

Ambur.az xəbər verir ki, görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini icra edən Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak edib.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyub.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırıb.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləyib.

Banbaşı, Böyük Xocavar, Binə Xocavar və Yeyənkənd kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Əzimov Əzim Heydər oğlu, Teymurov Rais Teymur oğlu, Hüseynov Tofiq Qəyyum oğlu və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş ediblər.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləyib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək, görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.

Oxşar xəbərlər