Meksikada iki avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

06 Apr 2021 22:36
13

Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 sərnişin müxtəlif xəsarətlər alıb.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə “El Universal” qəzeti öz saytında bildirib.

Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar.

Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.

Oxşar xəbərlər