Məktəbdə konfet adı ilə şagirdlərə narkotik paylanılır? - Foto

04 Okt 2022 16:24
469

Bakıda 95 nömrəli orta məktəbdə dərman formasında olan narkotik maddənin şəhid ehsanı adı ilə uşaqlara paylanması iddiası yayılıb. 

Ambur.az xəbər verir ki, bu barədə vatsapda valideyn qruplarında foto paylaşılıb. Qeyd olunur ki, şagird ona konfet formasında təklif olunan narkotik-konfeti yeməyib və bu barədə valideyninə məlumat verib. 

Sözügedən məktəbdən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar artıq araşdırma başlayıb:
“Müvafiq tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, görüntülər nəzarətə götürülüb:
"Araşdırma başlanılıb. Nəticə barədə məlumat veriləcək".

Qeyd edək ki, bundan əvvəl də paytaxt məktəblərində şagirdlərə narkotik maddələrin paylanması ilə bağlı məlumatlar yayılmışdı.

Oxşar xəbərlər