Məmmədhüseyn Əliyevin “TALIŞ SƏSİ“ rubrikası ilə “Talış dağları və talışlar“ yazısından qısa bir hissə

22 Fev 2021 20:00
102

Məmmədhüseyn Əliyevin (28. IV. 1925-6. VI.1994) "Şəfəq" jurnalındakı (№2_1991.  səh-66_77)  "TALIŞ SƏSİ" rubrikası ilə "Talış dağları və talışlar" yazısından qısa bir hissə:

            "İtono bande, i tono dıyo,
             Vəştki votedən əv ənə iyo"
                              Zülfüqar ƏHMƏDZADƏ

Bu yazının epiqrafıdır.

....Çox qədim tarixə malik talışlar əsrlər boyu talançı tayfaların hücum və çarpışmalarına, soyğunçuluğuna və talançılığına sinə gərərək bu günə kimi qoruna bilmişlər. Çox şübhəsiz ki, talışların qorunması təbii sığınacaqlardan və yerli şəraitdən də çox asılı olmuşdur. Adətən Rusiyanın məğlubedilməzliyinin xalqın döyüşkənliyindən daha çox, onun ərazi genişiliyi və şaxtalı, boranlı təbiəti ilə bağlıyırlar. Bu mövcudiyyətdə çox böyuk həqiqət də var. Çünki Rusiyanın sərt qışı, sıx meşəli və geniş ərazili olması talançı tayfalara o qədər də əlverişli olmamışdır. Çox da uzaq olmayan bir tarix: 1812-ci il Napalyon müharibəsi hamının yadındadır. Bu faktı Talış dağlarının ətəklərində və Talış ovalığında qədim sakin olan Talışlara da şamil etmək olar. Çünki  bu ərazidə elə qalın, insan ayağı dəyməyən keçilməz meşələr olub ki, bunları adlayıb keçmək Romanın, Ərəbistanın, Yunanıstanın və monqol qoşunlarına sərfəli olmamışdır. Ondan başqa  bu keçilməz meşələrdə on minlərlə Talış camaatının yadelli işğalçılardan gizlənməyə imkan olmuşdur. Məhz buna görə Talışlar bu təbii imkana görə öz ərazilərini, adət ənənəsini qoruya bilmişlər. Çox vaxt talançı hücumlar zamanı alaçıqdan, obadan köçüb meşələrin dərinliklərində gizləniblər. Sonra məşvərət edib nümayəndələrini talançıların hüzuruna göndəriblər. Rus yazıçısı Vorankova çox haqlı olaraq "Əsrlərin dərinliyində" romanında talışların işğalçı Makedoniyalı İsgəndərin qoşun nümayəndələrini məhz bu cür qarşılanmasını real surətdə təsvir etmişdir. Talışlar İsgəndərin qoşunlarının hüzuruna çıxmış və onları üç gün təbii bala qonaq etmişlər. Çingiz xan da öz qoşunları ilə Talış meşələrində məskən salmış talışlara toxunmağı, məqsədə muhafiq hesab etməmişlər. Hətta onlardan xərac-vergi belə almamışlar. Çünki şirlərin, pələnglərin, yırtıcıların məskəni olan Talış meşələrində gizlənən Talış sakinlərini axtarmaq, onlardan vergi almaq çətin başa gəlirdi və bu ciddi-cəhd vaxt itirməkdən başqa ayrı nəticə verməzdi...
Talışların yaşayış məskəni-xəritəsi Muğandan başlayıb Cənubi Azərbaycanın Savalan ətəklərinə qədər uzanır. Cənub və Cənubi-Qərbdə Talış dağları ətəkləri boyunca Kaspi dənizinin qərb sahili Talış-Lənkəran ovalığında çox da böyuk olmayan bir sahəni əhatə edir. Eradan əvvəl və eradan sonrakı yüzilliklərdə bu ərazi heç bir dəyiişikliklərə uğramamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan iki yerə bölünduyu kimi Talış torpağı da iki yerə bölünmüşdür..

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Şöbəsinin Ədəbi-Bədii Toplusu "ШƏФƏГ"  ildə 4 dəfə olmaqla 1991-ci ildən nəşr olunurdu.
Redaksiyanın ünvanı: 373730. Lənkəran şəhəri. Nizami küçəsi, 13
Telefon 5-48-44

Redaktor:                 Məmmədhuseyn Əliyev.
Redaktor müavini:  Hacıməmməd  Quliyev
Məsul katib:            İltifat Saleh


Qeyd... Başı qarlı dağ__Savalan (Sə voə lonə)

                               Teymur ƏKBƏROV

Oxşar xəbərlər