Məmmədhüseyn Həsənov

15 Fev 2021 12:03
369

Məmmədhüseyn Lətif oğlu Həsənov 1928-ci ildə Masallı rayonun Qarğalıq kəndində anadan olmuşdur. Təhsilini əvvəl Qarğalıq kənd yeddiillk məktəbində başlamış, sonra isə Salyan rayonunun Qədimkənd məktəbində davam etdirmişdir. Müharibə başlayan vaxtı təhsilini yarıda qoyaraq yenidən kəndə qayıtmışdır. Daha sonra Masallı rayon kolxozlararası məktəbdə kolxoz hesabdarlığı kursuna göndərilmişdir. Oranı bitirdikdən sonra əvvəl kolxozda mühasib müavini, sonra isə mühasib işləmişdir. 1948-ci ildə Masallı Rayon Komsomol Komitəsinin ikinci katibi seçilmişdir. 1952-ci ildən 1957-ci ilin oktyabr ayına kimi Masallı Rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. 1958-ci ildən isə Rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1959-cu ilin dekabrında Masallı XDS İK-nin sədr müavini vəzifəsinə seçilmişdir. Məmmədhüseyn Həsənov Masallı XDS İK-nin sədr müavini vəzifəsindən göndərişlə 17 il Masallı rabitəsinin rəhbəri kimi çalışmışdır. 
M.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il sentyabrın 9-da Masallı şəhərində rayon sakinləri ilə görüşündə iştirak edərək Masallı Rayon Poçt-rabitə işçiləri Ağsaqqallar Şurasının sədri kimi görüşü açmış və geniş məzmunda çıxış etmişdır. Azərbaycan Respublikasının Prezident təqaüdçüsüdür.

Facebook: MASALLININ TANINMIŞLARI -Əlihüseyn Şükürov-2017

Oxşar xəbərlər