“Mən arxiv sənədlərində nə yazılıb, onu sizə təqdim edirəm. Deyirəm ki, burda Tərbozli kimi yazılır“ - VİDEO

06 Fev 2022 16:42
460

"...Tərbozlu deyirlər Talışlar. O kənd yenə də Cəngəmiran icmasının mülkanələrindən biri olub. Cəngəmirandan Nurullabəyovlar olublar. Bəy nəsli olub. Bəy nəslinin müxtəlif o kəndlərdə mülnakənələri olub. Orda məsələn, Vizəzəmin kəndi də onların olub, Caynəvu kəndi də onların olub. Sonra Vizəzəmin, Caynəvu kəndinə Çayruddan, Anzulidən nəsillər, tayfalar köçdülər, orda məskunlaşdılar, belə deyək. Bu meşə əraziləri Nurullabəyovlara verilmişdi. Tərbozlu da onlara verilib. Tərbozlunun mənası nədir? Mən indi götürüm, burda yalandan deyim ki, budur. Mən onu özümdən yalandan deyə bilmərəm. Mən onu deyə bilərəm ki, Tərbozlunun adı harda necə yazılıb, sənəddə necə yazılıb?! Onu deyə bilərəm. 1886-1870-ci illərdə Nurullabəyovlar mülkanələrini sayanda, onların torpaq ərazilərini sayanda orda belə bir yazı yazılıb: Tar boz li. İndi bu Tərbozli nə deməktdir, onu qoy bizim filoloqlarımız, bizim bu talış dilini araşdıranlar, onlar çox gözəl araşdırsınlar nə deməkdir. Məndən odur ki, mən arxif sənədlərində nə yazılıb, onu sizə təqdim edirəm. Deyirəm ki, burda Tərbozli kimi yazılır. Çünkü sənəddə o formadadır. Ondan əvvəl Tərbozli yoxdur. 1820-də Tərbozlinin adı yoxdur...".

Ambur.az xəbər verir ki, bunu tarixçi, geneoloq, Talysh DNA Projectinin yaradıcısı Rəzzaq Xansuvar "Aləm" TV-də Lerikin Tərbozl (İndiki Təbrizli) kəndinin adı və tarixi ilə bağlı danışarkən deyib deyib.
 

Oxşar xəbərlər