MƏN TALIŞIN BALASIYAM! - Aydın Rza

12 Sen 2021 08:42
885

Tanrım mənə doğul dedi,
Anam mənə noğul dedi,
Açdı mənə qucağını
Vətən mənə oğul dedi.
Bu torpaqda qalasıyam,
Mən Talışın balasıyam!


Azərbaycan gözüm mənim,
Ürəyimdir,sözüm mənim,
Mənə şirin lay-lay çalan
Öz Anamdır,öz Vətənim.
Bu Vətənin qalasıyam,
Mən Talışın balasıyam!


Vüqarımdır Xan Lənkəran,
Şuşa,Laçın,ah,Əskəran!
Talış yenə səfərbərdir,
Müübariz tək o, hayqıran!
Qarabağı alasıyam,
Mən Talışın balasıyam!


O taydadır can Təbrizim,
Gilan,Ərdəbil də bizim.
Öpüb qara torpağını,
Sürünərəm dizin-dizin.
Həsrətdən, ah, solasıyam,
Mən Talışın balasıyam!


Bakı mənim tək paytaxtım,
Oyanıbdır qara baxtım.
Uçuracam sənin taxtın,
İblis, eşit, şahə qalxdım!
Haqq üçün qan salasıyam,
Mən Talışın balasıyam!


Şanlı Babək, Koroğlular,
Cavanşirlər,var oğullar,
Şah İsmayıl Xətailər,
Mənim fəxrim nər oğullar.
Meydanda cəng çalasıyam,
Mən Talışın balasıyam!


Süfrəm mənim duz-çörəkli,
Qonaq gəlsin hey sürəkli,
Düzərəm mən yüz neməti,
Mən beləyəm, saf ürəkli.
Düşmənlərin bəlasıyam,
Mən Talışın balasıyam!

Aydın RZA -08 Sentyabr 2021

Oxşar xəbərlər