“Mən və hüquqlarım” respublika rəsm müsabiqəsində Lənkəran məktəbinin şagirdləri təltif olunub

27 Yan 2022 08:57
153

“Mən və hüquqlarım” respublika rəsm müsabiqəsində Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdləri təltif olunub

Ambur.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Mən və hüquqlarım” şüarı altında ənənəvi uşaq rəsm müsabiqəsi elan etmişdir. 

“Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr edilmiş müsabiqədə Bakı və regionlardan ümumilikdə 236 iştirakçı tərəfindən 260-dan çox iş təqdim olunub. Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbinin şagirdləri müsabiqədə fəal iştirak ediblər. Bu münasibətlə Lənkəran şəhər Təhsil Şöhbəsidə keçirilən tədbirdə Lənkəran ŞTŞ-nın müdiri Ülviyyə Əliyeva və rəssamlıq məktəbinin direktoru Xəzər İbrahimov onları təbrik edərək, işlərində müvəffəqiyyətlər arzulayıblar. Öz növbəsində, müəllimlər və valideynlər belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edərək, minnətdarlıqlarını bildiriblər. Sonda 20 şagirdə birsıra mükafatlar və həvəsləndirici diplomlar təqdim edilib.

<span>“Mən və hüquqlarım” respublika rəsm müsabiqəsində Lənkəran məktəbinin şagirdləri təltif olunub</span><span xss=removed> </span>
<span>“Mən və hüquqlarım” respublika rəsm müsabiqəsində Lənkəran məktəbinin şagirdləri təltif olunub</span><span xss=removed> </span>

Oxşar xəbərlər