“Mənbədən az istifadə edirlər və yaxud kiminsə yazdığı mənbədən oğurluq edirlər...“ - Tarixçi Rəzzaq Xansuvar

03 Yan 2022 16:53
329

"Bizdə çap olunan nə qədər kitab varsa mənbələrdən demək olar ki, çoxunda azdır. Mənbədən az istifadə edirlər. Və yaxud kiminsə yazdığı mənbədən oğurluq edirlər, götürürlər, öz kitabına qoyurlar, bu da oldu hazır material. Elə deyil. İstinad bəzən olunur, bəzən olunmur. Ona görə bu məsələlərə aydınlıq gəlməlidir ki, sən bu məlumatı götürürsən. Çox adam məlumat götürə bilər. Normaldır. Sən onu yazmalısan ki, mən bunu bu şəxsdən götürmüşəm, bu kitabdan götürmüşəm. Bunlar yazılmalıdır, bunlar göstərilməlidir. Çünkü mənbə elə burdan başlayır. Mənbəşünaslıq, mənbəni doğru, dürüst göstərmək burdan başlayır və arxivdən mütləq istifadə olunmalıdır...".

Ambur.az xəbər verir ki, bunu tarixçi, geneoloq, Talysh DNA Projectinin yaradıcısı Rəzzaq Xansuvar "Aləm" TV-yə verdiyi müsahibəsi zamanı mənbə məsələsi ilə bağlı danışarkən deyib.

Oxşar xəbərlər