Məşhəddə İmam Rzanın ziyarətgahı kompleksində yanğın olub

30 Apr 2022 13:51
86

 Ötən gecə Məşhəddə İmam Rzanın ziyarətgahı kompleksində yanğın baş verib. Yanğın hadisəsi zamanında edilən müdaxilə nəticəsində söndürülüb.

Ambur.az bildirir ki, bunu SalamNews İSNA-a istinadən xəbər verir. 

Bu barədə İmam Rzanın Ziyarətgahı Kompleksinin İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə ziyarətgah kompleksinin həzrət Zəhra səhnində binaların birində baş verən yanğın hadisəsi zamanında edilən müdaxilə ilə söndürülüb.

Zəvvarlardan və xidmətçilərdən heç kim xəsarət almayıb.

Yanğının təmizləyici maşınlardan birinin alışması nəticəsində baş verdiyi deyilir.

Oxşar xəbərlər