Metrodan istifadə edənlərin sayı azalıb

08 İyn 2021 11:21
25

Metro açıldıqdan sonrakı müddətdə ötən ilki dövrlə müqayisədə iki dəfə az sərnişin daşınıb.

Ambur.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sərnişindaşıma bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.

İki həftə ərzində təxminən bir gündə 350-400 min sərnişin daşınıb.

Oxşar xəbərlər