Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

08 Dek 2021 13:59
341

Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.

Ambur.az bildirir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.

Oxşar xəbərlər