Millət vəkili: İran-Azərbaycan sərhədi regionda ən təhlükəsiz sərhəddir

13 May 2022 14:46
24

"İran İslam Respublikası ilə Azərbaycan Respublikasının çoxsaylı mədəni və tarixi müştərək kökləri var və bu məsələ səbəb olub ki, iki ölkənin müştərək sərhədi regionda ən təhlükəsiz sərhəd olsun".

Ambur.az nasirnews.ir-ə istinadən xəbər verir ki, bunu İran Parlamentinin Mərənd və Culfa şəhərləri üzrə nümayəndəsi deputat Məsumə Paşayi deyib.

İran Parlamentinin deputatı Xudafərin gömrük sərhəd keçidinin açılması istiqamətində aılan addımlardan danışarkən bildirib ki, hazırda iki ölkənin müştərək sərhədi bölgədə ən təhlükəsizdir:
"Qəlbən inanıram ki, bu sərhədlər həmişə təhlükəsiz qalacaq və ümidvaram ki, iki ökə arasında olan ticarət mübadiləsi daha da artacaq", deyə Məsumə Paşayi əlavə edib.

İranlı deputat Astara və Biləsuvar sərhəd gömrük keçidlərindən şimala doğru ixracın artırılmasını və bu istiqamətdə əlavə sərhəd gömrük keçidlərinin açılmasını istəyib.

M.Paşayi İranın azad ticarət zonalarından Qarabağa ixracın artırılması istəyində olduğunu vurğulayaraq, qarşılıqlı əlaqələrin genişləndirilməsini də dilə gətirib.

Oxşar xəbərlər