Millət vəkilinə qəzəl həsr olundu

13 Fev 2021 13:42
201

Dəstək olmursa əgər millətə millət vəkili.
Seçilir xalqına nə xidmətə, millət vəkili?


Götürüb mandatı hər gün dilənirlər küçədə.
Öyrəşiblər qocadan minnətə millət vəkili.


Yalan üstə yalan hər söylədiyi kəlmə yalan.
Çun yalannan göz açıb biyyətə millət vəkili.


Millətin bir çoxu batsın, ona heç fərq eləməz.
Çata bilsin təki hər niyyətə millət vəkili.


Gözü düşmüş otuz ildir üşağın sud puluna,
Yedirir zəhrimarı kulfətə millət vəkili.


Vara-var, dövlətə-dövlət qatılıbdır otuz il,
Satır öz qeyrətin az qiymətə millət vəkili.


İlqarın var umidi mandata sahiblər üçün,
Gələ bilsə azacıq qeyrətə millət vəkili.

                         İlqar BƏDƏLOV

Oxşar xəbərlər