MN: Azərbaycan Ordusu Ermənistan istiqamətində atəş açmayıb

28 İyl 2022 12:12
87

Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır.

Ambur.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

MN-dən bildirilib ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır.

Oxşar xəbərlər