Motosiklet sürücüsünü döyən vəzifəli şəxs danışdı - VİDEO

26 Apr 2022 06:29
187

“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

Ambur.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Administrasiyasında işlədiyi deyilir.

Video linkdə

Oxşar xəbərlər