MTRŞ sədri: “Televiziya və saytlarda söyüş olmamalıdır“

10 Dek 2021 11:00
276

“Televiziya və saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat yayıma məhdudiyyət qoyulacaq”.

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.

O bildirib ki, lisenziya məsələsi könüllüdür: “Bizdə internet televiziyaların sayı çoxdur. Onlar kabel şəbəkəsinə qoşulmaq istəyir. Bunun öz tələbləri var. Bu sahədə boşluqlar mövcuddur. Bu boşluğu aradan çıxartmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var”.

MTRŞ sədri qeyd edib ki, televiziya və radioda kiminsə haqqında gedən məlumata görə operativ qaydada məhkəməyə müraciət edilməlidir: “Əks halda bu, şikayət edilə bilməyəcək. Kimsə gedib evində oturur, yadına düşür ki, 3 il əvvəl hansısa saytda, kanalda onunla bağlı nəsə məlumat getmişdi. Bu şikayət 1 ay ərzində verilə biləcək”.

Oxşar xəbərlər