Mubariz Mənsimov şəhid Muxtar Qasımlıdan paylaşdı

02 Okt 2021 12:07
361

"Muxtar keçmişdə xalqımızın başına açılan bəlaların qisasını aldı, gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsi yazdı. Almaz Ana, Əli dayı! Belə bir oğul böyüdüb boya-başa çatdırdığınıza görə, bir azərbaycanlı olaraq, qarşınızda baş əyirəm".

Ambur.az-ın xəbərinə görə, bunu iş adamı Mubariz Mənsimov bu gün Vətən müharibəsi şəhidi Muxtar Qasımlının il dönümü ilə əlaqədar özünün "Facebook" hesabında paylaşıb:

"Bu gün Fitnes üzrə Azərbaycan çempionu Muxtar Qasımlının Şəhidlik zirvəsinə ucaldığı gündür. Muxtar Füzuli istigamətində gedən döyüşlərdə qəhrəmancasıma həlak olub. Hələ şəhidlik zirvəsinə uçalmadan Muxtar idman sahəsində bir çox zirvələrə uçalmışdı. Azərbaycan bayrağını meydanlarda dalğalandıran bu igid müharibədə də vətənə sevgisini mərdliyi, şücayəti ilə təsdiq etdi. Muxtar keçmişdə xalqımızın başına açılan bəlaların qisasını aldı, gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsi yazdı. Almaz Ana, Əli dayı! Belə bir oğul böyüdüb boya-başa çatdırdığınıza görə, bir azərbaycanlı olaraq, qarşınızda baş əyirəm. Muxtar tək sizin deyil, bizim də oğlumuz, unudulmaz qəhrəmanımızdır. Biz onunla fəxr edirik. Vətən uğrunda Şəhid olan igid oğul, hər zaman ürəklərdə yaşayacaqsan".

Qeyd edək ki, bu gün şəhid Muxtar Qasımlının anım günüdür. 

Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.

Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər