Müğənni Manaf Ağayev həmkarı İsrail Məmmədovun mahnılarının sözlərini dəyişərək oxuyub

07 Fev 2021 12:17
812

Müğənni Manaf Ağayev həmkarı İsrail Məmmədovun oxuduğu mahnıların sözlərini dəyişərək oxuyub. 

Ambur.az talish.org-a istinadən xəbər verir ki, bu müğənni İsrail Məmmədov tərəfindən heç də xoş qarşılanmayıb və buna öz münasibətini bildirərək deyib ki, "mən mahnı oxudum -"Talış torpağındadır". O, götürüb, oxuyur - "Qarabağ torpağındadır". Qarabağ da bizimdir. Bu mənə məxsus olan mahnıdır. 2005-ci ildə oxumuşam o mahnını. Manaf oxudu 2007-ci ildə. Qardaşımdı, dostumdu. İndi də oxuyur "Ay Cemo". Mən oxumuşam o mahnını da. Elə olub, sözləri mənimdi, musiqisi başqasının, yaxud sözləri də, musiqisi də mənim olanlar var. İcazəsiz oxuyub. "Talış torpağındadır" olan mahnının sözləri Əli Nasirindi, musiqisi mənimdi. Mahnının altında yazmışam, aşıq musiqisidir. Aşıq Zülfiyyə sazda çalıb. İndi Manaf mahnını dəyişib oxuyur. Qorkidə konsertdə idik, Rəqsanə, Aslan, bir çoxları var idi. O, oxuyanda dedilər sənin mahnındı, heç nə demədim. Adımı çəksə yaxşı olar. O mahnı dünyada nə qədər talışlar var bayraq idi onlar üçün. Qırğın gedib, hətta biri deyib İsrailindi, biri deyib Manafındı. Zəng olub, demişəm mənimdi, fikir verməyin, mən oxumuşam və tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, bu hadisə 2014-cü ildə baş vermişdir. 

Oxşar xəbərlər