Müğənni Rəhim Rəhimli vəfat etdi

30 Sen 2022 08:26
138

Müğənni Rəhim Rəhimli vəfat edib.

Ambur.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının ölüm səbəbi ilə bağlı prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

Oxşar xəbərlər