Müharibənin ilk günü itkin düşən Pərvizin şəhid xəbəri gəldi

05 May 2021 14:04
170

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Ambur.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlu sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müddətdən Artıq Hərbi Xidmət edən qulluqçu (MAXE) olan P.Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Şəhidimiz bu gün saat 14:00-da doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

<span>Müharibənin ilk günü itkin düşən Pərvizin şəhid xəbəri gəldi</span><span xss=removed> </span>

Oxşar xəbərlər