Müharibənin könüllü iştirakçısı, Lüləkəran kəndinin qəhrəman oğlu Məhərrəm

03 Mrt 2021 17:39
327

Məhərrəm Şahgəldi oğlu Əliyev 01 iyun 1996-cı ildə Lerik rayonunun Lüləkəran kəndində anadan olub. 2 qardaş 3 bacı olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Lüləkəran kəndində keçib. 2001-ci ildə Lerik rayon şəhid Namiq Əliyev adına Lüləkəran kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2013-cü ildə 11-ci sinfi başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin "Təbiyyat" fakültəsinin tarix və coğrafiya müəllimliyi ixtisasi üzrə oxuyub. 2017-ci ildə universiteti bitirdikdən sonra, Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Daha sonra xidmətini davam etdirməyə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidməti dövründə baş əsgər rütbəsində snayperçi kimi xidmət edən Məhərrəm 2018-ci ildə xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılıb.

Məhərrəm Əliyev evinə dönəndən sonra müəllimlərin işə qəbulu üzrə müsabiqəsində (MİQ) iştirak edir və bal toplayaraq Küsəkəran kənd orta məktəbində coğrafiya müəllimi işləməyə başlayıb. 1 il orada işlədikdən sonra Lerik rayon şəhid Əhəd Rzayev adına Orand kənd tam orta məktəbində həmin fənn üzrə işləməyə davam edib. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibədə iştirak etmək üçün döyüş bölgəsinə gedir. Məhərrəmin Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir. Böyük şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Müharibənin son gününə kimi döyüşdə qəhrəmancasına iştirak edən Məhərrəm 01 yanvar 2021 ci ildə ehtiyyata buraxılır. Hal-hazırda evindədir.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüllü əsgər Lerik rayonunun Lüləkəran kəndində anadan olan Məhərrəm Şahgəldi oğlu Əliyev "Füzulinin azad olumasına görə", "Xocavəndin azad olumasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Allah qorusun. Fəxr edirik. 

Oxşar xəbərlər